Xəzər Xəbər

Azad olunan ərazilərdə 67 məscid aşkarlanıb

Gündəm | 12:09 • 24 May 2022
Azad olunan ərazilərdə 67 məscid aşkarlanıb

"İşgaldan azad olunan ərazilərdə məscid və dini ibadət yerlərinin müəyyənləşdirilməsi ilə bağlı işlər həyata keçirilir".

Xezerxeber.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuat konfransında məlumat verib. 

O qeyd edib ki, bu günə qədər həmin ərazilərdə 67 məscid aşkarlanıb: "İki məsciddən başqa digərləri yerlə-yeksandır. Ağdam Cümə məscidi və Yuxarı Gövhərağa məscidləri nisbətən salamat vəziyyətdədir".

Xəbər lenti