Xəzər Xəbər

Milli Məclisin nümayəndə heyəti Belçikaya səfər edəcək

Gündəm | 12:04 • 14 May 2022
Milli Məclisin nümayəndə heyəti Belçikaya səfər edəcək

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, deputatlar Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. 

Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 19-da başa çatacaq.

Xəbər lenti