Xəzər Xəbər

Sabah 31 dərəcə isti olacaq

Gündəm | 12:14 • 14 May 2022
Sabah 31 dərəcə isti olacaq

Azərbaycanda mayın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15°, gündüz 20-25° isti, Bakıda gecə 13-15°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 26-31° isti, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacağı ehtimal edilir.

Xəbər lenti