Xəzər Xəbər

Metroda ölən şəxsin kimliyi bilindi - Tanınmış adam olub

Gündəm | 12:08 • 9 Dekabr 2021
Metroda ölən şəxsin kimliyi bilindi - Tanınmış adam olub

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında vəfat edən şəxsin kimliyi məlum olub.

XəzərXəbər Modern.az-a istinadən xəbər verir ki, vəfat edən şəxs Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının 72 yaşlı baş müəllimi Əhməd Babayev olub.

 

Qeyd edək ki, ilkin xəbərdə bildirilmişdi ki, saat 08:10-da yaşlı bir kişi qatarda özünü pis edib və sərnişin “28 May” stansiyasında platformaya düşürülüb. Dərhal təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas eləmək mümkün olmayıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləmişdi.

Xəbər lenti