Xəzər Xəbər

Türkiyə universitetləri sınaqdan yaxşı keçib - Özvar

Gündəm | 13:43 • 2 Dekabr 2021
Türkiyə universitetləri sınaqdan yaxşı keçib - Özvar

Pandemiya dövründə Türkiyə universitetlərinin sınaqdan yaxşı keçdiyini düşünürük. Dünyadakı digər universitetlər kimi Türkiyədə də pandemiya dövründə əyani tədris dayandırılaraq onlayn təhsilə keçid edildi.

XəzərXəbər xəbər verir ki, bunu Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvar UNEC İqtisadi Forumunda deyib.

O bildirib ki, distant təhsil təhsil sistemində olan problemləri aşkarlayıb: "Post-pandemiya dövrünə tez keçid etdiyimizi düşünürəm. Bu baxımdan Türkiyədə dərslərimizdə, universitetlərimizdə hər hansı gecikmələr olmadı. Əslində, bütün dünyada universitetlər bir-birini izlədilər. Bəzi ölkələr daha sürətli intibah keçirdi. Bu il bütün universitetlərdə əyani tədrisə başladıq. Türkiyədə bütün universitetlər dərslərin 40 faizini onlayn keçmək kimi haqqa sahibdirlər. Bu baxımdan seçim universitetlərdən asılıdır. Türkiyədə hazırda hibrid tədris sistemi tətbiq olunur. Amerika kimi ölkələrdə də təhsil bu üsulla davam edir".

Xəbər lenti