Xəzər Xəbər

Azərbaycan və Belarus hərbi maliyyəçilərinin işçi görüşü keçirilib

Gündəm | 19:19 • 15 Sentyabr 2021
Azərbaycan və Belarus hərbi maliyyəçilərinin işçi görüşü keçirilib

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, sentyabrın 15-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində maliyyə təminatı sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüşdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxsləri və mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə maliyyə təminatı məsələsi və qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.

Xəbər lenti