Xəzər Xəbər

Lerikin icra başçısı işdən çıxarıldı SƏRƏNCAM

Gündəm | 17:00 • 29 Aprel 2021
Lerikin icra başçısı işdən çıxarıldı

Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

XəzərXəbər-in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, R.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub. O, 2007-ci ildən Lerik Rayon İcra Hakimiyyətinin başçısı idi.

Xəbər lenti