Xəzər Xəbər

BMT Azərbaycan və Ermənistana minalarla bağlı çağırış etdi

Gündəm | 16:54 • 29 Aprel 2021
BMT Azərbaycan və Ermənistana minalarla bağlı çağırış etdi

“Mən Əfqanıstanda müharibənin dəhşətini və fəlakətini görmüşəm. Minaların törətdiyi bəlalar və dağıdıcı təsiri ilə şəxsən tanışam”.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.

O, Azərbaycan hökumətinin ərazilərin minalardan təmizlənməsi istiqamətindəki fəaliyyətini alqışladığını bildirib: “Biz Azərbaycan və Ermənistanı minaların və hərbi sursatların toplanılması, saxlanılması və ötürülməsinin qarşısının alınmasına dair Konvensiyaya qoşulmağa dəvət edirik”./report

Xəbər lenti