Xəzər Xəbər

İƏT bölgədə sülhün yaranmasını istəyir

Gündəm | 12:18 • 8 Aprel 2021
İƏT bölgədə sülhün yaranmasını istəyir

“Biz Azərbaycanın qələbəsini görməyə çox şadıq. Eyni zamanda, biz istəyirik ki, bölgədə münaqişə bitsin və sülh yaransın. Buna görə də bu məsələyə öz töhfəmizi vermək istəyirik”.

Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İƏT-dəki daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama deyib.

“Bir daha Azərbaycana qələbə münasibəti ilə öz təbriklərimizi çatdırmaq istəyirəm”, - o bildirib./report

Xəbər lenti