Xəzər Xəbər

Sabahın hava proqnozu

Gündəm | 13:28 • 26 Fevral 2021
Sabahın hava proqnozu

Fevralın 27-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 0-3,  gündüz  6-8, Bakıda gecə 1-3,  gündüz  6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.   

Fevralın 27-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-8, yüksək dağlıq ərazilərdə 10-12, gündüz 0-5 dərəcə şaxta olacaq. 

Fevralın 27-də Abşeron yarımadasında  meteoroloji  amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Xəbər lenti