Xəzər Xəbər

DİM qəbul imtahanlarındakı testlərin izahını yaydı

Gündəm | 12:04 • 19 Avqust 2020
DİM qəbul imtahanlarındakı testlərin izahını yaydı

Dövlət İmtahan Mərkəzi (DİM)II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 13-14 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını yayıb.

Mərkəzdən bildirilib ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

Qeyd olunub ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> "Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid:http://eservices.dim.gov.az/ejurnal/).

Xəbər lenti

Çox oxunanlar