Xəzər Xəbər

Dövlət tərəfindən bütün koronavirus testləri pulsuz aparılıb

Gündəm | 15:34 • 31 İyul 2020
Dövlət tərəfindən bütün koronavirus testləri pulsuz aparılıb

Pandemiya başlayan ilk gündən bu zamana kimi dövlət tərəfindən aparılan teslərin hamısı pulsuz həyata keçirilib.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Özəl müəssisələrdə COVID-19 test qiymətlərinə gəldikdə isə o qeyd edib: "Bu müəssisələrin apardığı testlərin qiymətlərinə biz müdaxilə edə bilmərik. Qiymətlərin müəyyənləşdirilməsi onların daxili işidir".

Xəbər lenti