Xəzər Xəbər

Nazir müavinindən sosial ödənişlərlə bağlı MÜHÜM AÇIQLAMA

Gündəm | 13:55 • 8 May 2020
Nazir müavinindən sosial ödənişlərlə bağlı

"Bu gün dövlət təxminən ölkə əhalisinin 48 faizinin maddi ehtiyaclarınıöz üzərinə götürüb. Dörd milyon 800 mindən çox vətəndaşa birbaşa köməkgöstərilir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ciddi sosial müdafiə sistemi qurulub:

"2018-ci ildən başlayaraq bu sistemin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqları əsasındaciddi tədbirlər görülür”.

Nazir müavini qeyd edib ki, aprel ayında nazirlik tərəfindən 2,3 milyon şəxsə sosial ödənişlər verilib:

"O cümlədən, 1 milyon 700 min nəfərə pensiya ödənişi, 418 min nəfərə müavinət, 289 min nəfərə təqaüd, 82 min ailəyə isə ünvanlı dövlət sosial yardımı verilib.

Əhaliyə təkcə aprel ayında ötən ilin müvafiq dövrünə nisbətən 27 faizvə ya 103 milyon manatdan çox sosial yardım göstərilib”.

Xəbər lenti