Xəzər Xəbər

Sərnişinlərimizin ödənişləri geri qaytarılacaq - “Buta Airways”

Gündəm | 15:36 • 16 Mart 2020
Sərnişinlərimizin ödənişləri geri qaytarılacaq - “Buta Airways”

Koronavirus epidemiyasına görə ləğv olunmuş reyslər üzrə əldə edilmiş aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündür.

XəzərXəbər-in məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi - "Buta Airways” şirkəti bəyan edib.

"Sərnişinlərimizə ödənişlərin tam şəkildə geri qaytarılacağına zəmanət veririk. Xahiş olunur, təşvişə qapılmayasınız və müştəri xidmətlərinin cavabını gözləyəsiniz. Bütün müraciətlərə növbə ilə baxılır. Anlayışınız üçün təşəkkür edirik”, - deyə aviaşirkətdən bildirilib.

Xəbər lenti