Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. XəzərXəbər xəbər verir ki, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti
vəzifəsinə seçilməyiniz münasibətilə Rusiya Federasiyası Hökuməti
adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin
inamlı qələbəniz Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına,
beynəlxalq arenada nüfuzunun artmasına yönəlmiş kursunuza vətəndaşların
geniş dəstəyinin və etibarının sübutudur.
Dostluq, mehriban
qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan
münasibətlərinin möhkəmlənməsinə verdiyiniz əhəmiyyətli töhfəni xüsusilə
qeyd etmək istərdim. Əminəm ki, ikitərəfli əməkdaşlığın bundan sonra da
hərtərəfli genişləndirilməsi, müxtəlif sahələrdə birgə perspektiv
layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın uzunmüddətli
maraqlarına tam şəkildə cavab verir.
Hörmətli İlham Heydər oğlu,
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali dövləti
vəzifənizdə yeni uğurlar arzulayıram".