Xəzər Xəbər

Hər il qeyri-rəsmi nikahdan 2 min uşaq doğulur

Gündəm | 15:33 • 23 May 2018
Hər il qeyri-rəsmi nikahdan 2 min uşaq doğulur
"Hər il qeyri-rəsmi nikahdan 2 minə yaxın uşaq doğulur. Bu, bir problem olaraq qarşımızda dayanır”.


XəzərXəbər xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Sədaqət Qəhrəmanova deyib. O, bildirib ki, boşanan ailələrin təməli düzgün qoyulmur:


"Dövlət komitəsi olaraq maarifləndirmə tədbirləri keçiririk. Ən çox alinmentlərlə bağlı müraciət olunur. Cüzi miqdarda olan alimentin verilməsi problemə çevrilir. Məişət zorakılığı ilə bağlı müraciətlər də daxil olur. Hər bir məişət zorakılğı monitorinq qruplarında araşdırılır. Boşlanmalarin sayı artırsa, bu, problemdir. Hər il qeyri-rəsmi nikahdan 2 minə yaxın uşaq doğulur. Düzdür, 10 il bundan öncə bu rəqəm daha böyük idi. Erkən nikahların qarşısının alınmasında qanunvericilikdə müəyyən boşluqlarla qarşılaşırıq. Bu baxımdan müəyyən dəyişikliklər edilməlidir”,- deyə komitə rəsmisi qeyd edib.

Xəbər lenti