Xəzər Xəbər

Energetika naziri: "Azərbaycan enerji təhlükəsizliyinə diqqətlə yanaşır"

Gündəm | 11:49 • 23 Aprel 2018
Energetika naziri:
"Heydər Əliyevin milli dövlətçilik strategiyasında enerji-kommunikasiya məsələləri öncül yer tuturdu".

XəzərXəbər report-a istinadənxəbər verir ki, bunu bu gün Bakıda işə başlamışAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə,Azərbaycan Avropa regionunun enerji təhlükəsizliyinin təminatçısıdır: "Azərbaycanın həyata keçirdiyienerji siyasəti Asiya və Avropa regionunu uzun müddət bir-biri ilə əlaqələndirəcək. Düşünürəm ki, bu forumda energetikanın gələcək inkişafı ilə bağlı suallara aydınlıq gətiriləcək".

Nazir həmçinin qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinə diqqətlə yanaşır: "Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji mənbələrinə də diqqət göstərir.Bu isə bir enerji mənbəyindən asılılığı azaldır".

Xəbər lenti