Mərkəzi Seçki Komissiyası (MSK) bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.
XəzərXəbər xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov jurnalistlərə
açıqlamasında deyib. Komissiya sədri bildirib ki, yanvar ayının ilk
günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb.