Xəzər Xəbər

Leyla Əliyeva: Ərzaq təhlükəsizliyi dünyada sülhün, sabitliyin və davamlılığın təmini üçün vacibdir

Gündəm | 11:52 • 16 Oktyabr 2017
Leyla Əliyeva:

Ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı dünyada sülhün, sabitliyin və davamlılığın təmin edilməsi üçün vacib amildir.

XəzərXəbər xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva Ümumdünya Ərzaq Gününə həsr olunan tədbirdə bildirib.

Ümumdünya Ərzaq Gününün əhəmiyyətini vurğulayan Leyla Əliyeva bu sahədə mövcud problemlərin münaqişəyə, aclığa və kütləvi miqrasiyaya yol aça biləcəyini qeyd edib. FAO-nun xoşməramlı səfiri deyib ki, miqrasiya məcburi deyil, könüllü seçim olmalıdır və milyonlarla insanın öz yurdlarını tərk etməməsi üçün regionların inkişafına sərmayə qoyulmalıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyətindən, ötən altı ildə görülən işlərdən danışıb, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlı inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən layihələr barədə məlumat verib.

Xəbər lenti