Kənd təsərrüfatı sahəsində ixtisaslaşan şirkətin vəzifəli şəxslərinin fəaliyyətində aşkarlanan qanun pozuntuları barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, müəyyən edilib ki, "Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də xırda buynuzlu heyvanların məcburi kəsiminə, əmtəəlik satışına və əmək haqqı əvəzinə verilən xırda buynuzlu heyvanlara görə ümumilikdə müəssisəyə 19 min 765 manat məbləğində ziyan dəyməklə balans dəyəri 163 min 388 manat olan 1584 baş xırda buynuzlu heyvanın çatışmazlığı aşkar olunub, habelə ilkin balans dəyəri 25 min 655 manat olan 3217 baş doğulacaq xırda buynuzlu heyvan uçotdan gizlədilib.