Xəzər Xəbər

Nərgiz Paşayevanın qızı sərgi keçirdi

Gündəm | 12:39 • 16 Yanvar 2013
Nərgiz Paşayevanın qızı sərgi keçirdi

Aida Mahmudova çıxışında bildirib ki, sərgidə müasir dünyada kişilər və qadınlar arasındakı qarşılıqlı münasibətin aktuallığını göstərən əsərlər nümayiş etdirilir. Burada dörd gənc rəssamın – Bakıda yaşayan əfqanıstanlı Reza Hazarenin, Azərbaycanda dünyaya gəlmiş Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarovanın əsərləri sərgilənir.

Onun sözlərinə görə, “YARAT”a məxsus olan bu kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada – “Mars” qalereyasında, Gənclərin III Beynəlxalq İncəsənət Biennalesi sərgisi çərçivəsində uğurla təqdim edilib. 

“YAY!” qalereyasında artıq üçüncü sərginin təşkil olunduğunu diqqətə çatdıran Aida Mahmudova əfqanıstanlı rəssamla azərbaycanlı xanımların aktual mövzuya yanaşma tərzi baxımından sərginin tamaşaçılarda maraq doğuracağına ümidini ifadə edib.

Xəbər lenti