Xəzər Xəbər

“Uber”in fəaliyyəti qadağan edilib

Dünya | 08:21 • 6 İyun 2023
“Uber”in fəaliyyəti qadağan edilib

Türkiyənin 11-ci hüquq dairəsi Kassasiya məhkəməsi onlayn taksi xidməti göstərən “Uber” şirkətinin fəaliyyətini qadağan edib.

Xezerxeber.az TRT-yə istinadla xəbər verir ki, İstanbul taksi sürücüləri dərnəyinin iddiası əsasında baş tutan prosesdə aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Məhkəmə “Uber”in qeyri-sağlam rəqabətə yol açdığını əsas gətirərək Türkiyədə fəaliyyətini qadağan edib, həmçinin ölkə ərazisindən çirkətin saytına girişi bloklayıb.

Xəbər lenti