Xəzər Xəbər

ABŞ-dan Rusiyanın nüvə təhdidinə cavab: "Bizim planımız var”

Dünya | 08:21 • 26 Sentyabr 2022
ABŞ-dan Rusiyanın nüvə təhdidinə cavab: "Bizim planımız var”

Rusiya nüvə silahından mümkün istifadə ilə bağlı qərar verəcəyi təqdirdə ABŞ hakimiyyətinin planı ilə üzləşəcək.

Xezerxeber.az CBS telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib. 

Amerikanın xarici siyasət departamentinin rəhbərinin sözlərinə görə, Ağ Ev Ukrayna münaqişəsinin nüvə fazasına daxil olmayacağını gözləyir.

“Bizim planımız var... ABŞ münaqişənin böyüməsini və genişlənməsinə qarşıdır”, - deyə Blinken bildirib.

Dövlət katibi Moskva ilə birbaşa qarşılıqlı əlaqənin vacibliyini də qeyd edib.

“Moskvanın bizi eşitməsi və nəticələrin dəhşətli olacağını öyrənməsi vacibdir”, - deyə o əlavə edib.

Xəbər lenti