Xəzər Xəbər

Rusiyada 2500 ukraynalı əsir saxlanılır

Dünya | 08:07 • 26 Sentyabr 2022
Rusiyada 2500 ukraynalı əsir saxlanılır

Hazırda Rusiyada 2500 ukraynalı əsir saxlanılır. Onların çoxu qadındır.

Xezerxeber.az xəbər verir ki, bunu BBC-ə açıqlamasında Ukrayna Baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşuk deyib.

“İnsanlar əsirlikdə qalır, ən pisi isə orada mülki şəxslər qalır. Söhbət 2500 insandan gedir”, - deyə Vereşuk bildirib.

Onun sözlərinə görə, əsirlikdə qalanların çoxu qadındır.

“Biz məsələni bir yerə qoymalı və mülki şəxslərin azad edilməsini tələb etməliyik. Mülki şəxslər dəyişdirilməlidir, qaytarılmalıdır”, - deyə İrina Vereşuk bildirib.

Xəbər lenti