Xəzər Xəbər

Polislər evə girərkən şoka düşdülər: Oğru görün hardan tapıldı

Dünya | 08:58 • 12 Avqust 2022
Polislər evə girərkən şoka düşdülər: Oğru görün hardan tapıldı

Polis basqın etməyə getdikləri evdə qarşılaşdığı mənzərədən şoka düşüb.

İngiltərədə polis qrupları tərəfindən hər yerdə axtarılan gəncin evinə basqın edilib. Basqın zamanı evdə olan oyuncaq ayının nəfəs aldığını görən polislər ayının içini açdıqdan sonra qaçan yeniyetməni yaxalayıb.

Belə ki, avtomobil oğurluğu və yanacaqdoldurma məntəqəsindən yanacaq oğurlayan 18 yaşlı yeniyetmə axtarışda olub.

Araşdırma nəticəsində bir ünvana basqın edən Britaniya polisi gördükləri mənzərə qarşısında məəttəl qalıb. Polislərdən biri evdə böyük bir oyuncaq ayının "nəfəs aldığını" görüb. Ayıya baxış keçirən polislər gənci içəridə gizlənərək tapıblar.

Həbs edilən yeniyetmə 9 ay müddətinə azadlıqdan məhrum edilib./azxəbər

Xəbər lenti