Xəzər Xəbər

Ukrayna Müdafiə Nazirliyindən turistlərə ÇAĞIRIŞ: Krıma deyil, Antalyaya gedin

Dünya | 08:50 • 12 Avqust 2022
Ukrayna Müdafiə Nazirliyindən turistlərə ÇAĞIRIŞ: Krıma deyil, Antalyaya gedin

Ukrayna Müdafiə Nazirliyi turistlərə çağırış edib.

XəzərXəbər Sfera.az-a istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Krımda baş verən partlayışdan sonra paylaşılan videoda "Bu yay tətil üçün başqa seçimləriniz var idi, ancaq Krımı seçdiniz. Böyük səhv”, - deyə o bildirib.
 
Nazirlikdən o da bildirilib ki, Antalya çimərlikləri təklif etdiyi tətil variantları arasında idi. Ukrayna Müdafiə Nazirliyinin istehzalı dildə yazdığı və Bananaramanın "Cruel Summer” mahnısına üstünlük verdiyi yazıda aşağıdakı ifadələr yer alıb:

"Xoşagəlməz isti yay tətili istəmirlərsə Ukrayna Krıma baş çəkməməyi məsləhət görürük. Çünki heç bir günəş kremi onları icazəsiz ərazilərin zərərli təsirindən qoruya bilməz".

Rubrikanın digər xəbərləri

Xəbər lenti