Xəzər Xəbər

Fövqəladə TOPLANTI: ÜST meymunçiçəyi ilə bağlı yekun QƏRAR VERƏCƏK

Dünya | 11:13 • 15 İyun 2022
Fövqəladə TOPLANTI: ÜST meymunçiçəyi ilə bağlı yekun QƏRAR VERƏCƏK

Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Komitəsi iyunun 23-də meymunçiçəyi epidemiyasının təhlükəsini qiymətləndirmək üçün toplanacaq.

Bu barədə xarici KİV məlumat yayıb.

"Meymunçiçəyi epidemiyası qeyri-adi və narahatedicidir. Bu səbəbdən, bu epidemiyanın fövqəladə hal olub-olmadığını qiymətləndirmək üçün gələn həftə Fövqəladə Hallar üzrə Beynəlxalq Səhiyyə Qaydaları Komitəsini çağırmaq qərarına gəldim", - bunu keçirdiyi brifinqdə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O xatırladıb ki, artıq 1600-dən çox meymunçiçəyinə yoluxma halı rəsmi olaraq qeydə alınıb. Demək olar ki, eyni sayda - 1500 nəfər indi həkimlərin ciddi nəzarəti altındadır. Onlar da yoluxa bilər. Xəstəlik artıq 39 ölkədə qeydə alınıb.

Xatırladaq ki, meymunçiçəyi nadir bir virus infeksiyasıdır. Bu, adətən yüngül bir vəziyyətdir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verə bilər.

Bundan əvvəl ÜST onun meymun xəstəliyinin yayılmasının qarşısını almaq qabiliyyətini şübhə altına almışdı.

ÜST-nin Avropa Bürosunun rəhbəri Hans Kluge vurğulayıb ki, Avropa Qərbi və Mərkəzi Afrikadan kənarda indiyə qədər qeydə alınmış ən pis meymunçiçəyi epidemiyasının episentri olmaqda davam edir./Publika.az 

Xəbər lenti

Çox oxunanlar