Xəzər Xəbər

ÜST 12 yaşadək yeniyetmələrə bu peyvəndi tövsiyə etdi

Dünya | 10:48 • 22 Yanvar 2022
ÜST 12 yaşadək yeniyetmələrə bu peyvəndi tövsiyə etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pfizer COVID-19 əleyhinə peyvəndin azaldılmış dozasının 5-11 yaş arası uşaqlara tətbiqinin genişləndirilməsini tövsiyə edib.

Belə qərar tövsiyə immunizasiya üzrə Strateji Mütəxəssislər Qrupunun (SAGE) peyvəndi qiymətləndirmək üçün keçirdiyi iclasdan sonra qəbul olunub.

Hazırda Pfizer peyvəndi 12 yaş və yuxarı insanlar üçün istifadə üçün tövsiyə olunur. Yeniyetmələr üçün isə böyüklərə tövsiyə olunan 30 milliqram əvəzinə 10 milliqram tövsiyə olunur.

"Bu yaş qrupu (5-11) yanaşı xəstəlikləri olan uşaqlar istisna olmaqla, peyvənd üçün ən aşağı risk qrupundadır", - SAGE sədri Alexandro Kravioto brifinqdə söyləyib./Publika.az 

Xəbər lenti