Xəzər Xəbər

Makron bu məsələyə görə Putinlə danışıqlar aparacaq

Dünya | 09:45 • 10 Dekabr 2021
Makron bu məsələyə görə Putinlə danışıqlar aparacaq

Fransa Prezidenti Emmanuel Makron gələn həftə Rusiya lideri Vladimir Putinlə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıq aparmaq niyyətindədir.

Belə bir bəyanatla o, cümə axşamı Yelisey sarayında Fransanın 2022-ci ilin birinci yarısında Avropa İttifaqına sədrliyi zamanı prioritetlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

“Avropa ölkələri Ukraynadakı münaqişəni müstəqil həll edə bilməz, çünki bu, həm də digər dövlətlərin xoş niyyətindən asılıdır”, - Makron deyib.

"Gələn həftə mənim Rusiya prezidenti Vladimir Putinlə söhbətim olacaq", - Fransa lideri deyib./Publika.az

Xəbər lenti