Xəzər Xəbər

BMT Baş katibi karantindən sonra geri döndü

Dünya | 09:38 • 10 Dekabr 2021
BMT Baş katibi karantindən sonra geri döndü

BMT-nin Baş katibi Antoniu Quterreş koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün iki gün özünü təcrid olunmuş vəziyyətdə keçirdikdən sonra Nyu-Yorkdakı qərargahında işə qayıdıb.

Dünya təşkilatının rəhbəri bu səhər BMT Təhlükəsizlik Şurasının iclas zalına daxil olub.

72 yaşlı Quterreşdə xəstəliyin heç bir əlaməti aşkarlanmayıb. Baş katibin koronavirus testi də mənfi nəticə verib, lakin ehtiyat tədbiri olaraq ikinci testə qədər məsafədən işləmək məcburiyyətində qalıb./publika.az

Xəbər lenti