Xəzər Xəbər

Dünyada vurulan vaksinlərin yarıdan çoxu üç ölkənin payına düşür

Dünya | 14:45 • 2 Dekabr 2021
Dünyada vurulan vaksinlərin yarıdan çoxu üç ölkənin payına düşür

Dünyada koronavirus əleyhinə vurulan 8 milyarddan artıq vaksin dozalarının yarıdan çoxu (4,16 milyard) üç ölkənin – Çinin (2,5 milyard), Hindistanın (1,2 milyard) və ABŞ-ın (0,46 milyard) payına düşür.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, indiyədək COVID-19 infeksiyası əleyhinə vurulan peyvənd dozalarının sayı 8,03 milyardı ötsə də, nə qədər insanın tam vaksinasiya kursunu keçdiyini müəyyən etmək mümkün deyil. Belə ki, bəzi ölkələr koronavirus əleyhinə təsdiqlənmiş vaksinlərin və vurulan peyvəndlərin yalnız sayını açıqlayır. Eyni zamanda, artıq bir sıra ölkələrdə revaksinasiya (buster dozası) prosesi başlanılıb.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun noyabrın 29-da verdiyi məlumata görə, dünyada istehsal olunan peyvəndlərin 80 faizindən çoxu G20 ölkələrinə verilib, əksəriyyəti Afrikanın aşağı gəlirli ölkələrindən ibarət dövlətlər isə vaksinlərin yalnız 0,6 faizini əldə edə bilib.

Xəbər lenti