Xəzər Xəbər

Üç ölkə BMT TŞ-nin fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edib

Dünya | 09:39 • 13 May 2021
Üç ölkə BMT TŞ-nin fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edib

Çin, Norveç və Tunis İsrail və Fələstin arasında gərginliyin artması ilə bağlı mayın 14-də BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.

Bu barədə “Frans Press” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, gözlənilən açıq iclas İsrail və Fələstin tərəfinin iştirakı ilə keçiriləcək.

Agentlik xəbər verir ki, BMT TŞ artıq bu həftə bu məsələ ilə bağlı virtual formatda iki qapalı iclas keçirib.

Qeyd edək ki, son günlər İsraillə Fələstin arasında baş toqquşmalarda xeyli insan həlak olub və yaralanıb.

Xəbər lenti