Xəzər Xəbər

Türkiyəyə “Sinovac” vaksininin növbəti partiyası gətirilib

Dünya | 09:22 • 13 May 2021
Türkiyəyə “Sinovac” vaksininin növbəti partiyası gətirilib

Türkiyədə yeni növ koronavirus infeksiyasından dünyasını dəyişənlərin sayı sürətlə artmaqda davam edir. Son sutka ərzində bu xəstəlikdən daha 232 nəfərin ölməsi ilə infeksiya səbəbindən dünyasını dəyişənlərin ümumi sayı 43 min 821 nəfərə çatıb.

Türkiyə Səhiyyə Nazirliyi xəbər yayıb ki, hazırda 2 min 827 xəstə bu infeksiya səbəbindən reanimasiyadadır.

Qeyd edək ki, Türkiyədə COVID-19-la mübarizə tədbirləri çərçivəsində kütləvi peyvəndləmə davam etdirilir. Vaksinləşmə əsasən Çindən alınan “Sinovac” vaksini ilə aparılır. Mayın 12-də “Sinovac” peyvəndinin növbəti hissəsi Türkiyəyə gətirilib. Hökumət 100 milyon “Sinovac” vaksini almaq üçün anlaşma imzalayıb. Bundan başqa, istehsalçı şirkət “Sinovac” vaksininin Türkiyədə tədarük edilməsi ilə bağlı lisenziya verib. Səhiyyə naziri Fahrettin Kocanın məlumatına görə, mayın 13-dən etibarən yaşından asılı olmayaraq tibb işçilərinin həyat yoldaşlarının da peyvəndlənməsinə başlanılacaq.

Xəbər lenti