Xəzər Xəbər

Gürcüstanda benzinin qiyməti rekord həddə çatdı

Dünya | 11:51 • 12 May 2021
Gürcüstanda benzinin qiyməti rekord həddə çatdı

Gürcüstanın əksər brend yanacaqdoldurma məntəqələrində “Super” markalı benzinin bir litrinin qiyməti 3 larini (1,48 manat) ötüb.

Bu, yanacaq bazarında rekord həddir.

Beynəlxalq bazarlarda neftin bahalaşması və larinin ucuzlaşması ilə aşağı keyfiyyətli yanacaq növlərinin də qiymətlərinin artacağı gözlənilir.

Hazırda qonşu ölkədə benzinin ən aşağı qiyməti bir litr üçün 2,74 lari (1,35 manat) təşkil edir./report

Xəbər lenti