Xəzər Xəbər

“Taliban” Əfqanıstanda strateji əhəmiyyətli şəhəri ələ keçirdi

Dünya | 09:33 • 12 May 2021
“Taliban” Əfqanıstanda strateji əhəmiyyətli şəhəri ələ keçirdi

“Taliban” radikal hərəkatı Əfqanıstanın paytaxtından cənubda strateji əhəmiyyətli yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.

Bu barədə “Associated Press” agentliyi bildirib.

Qeyd edilir ki, “taliblər” Vardak əyalətində Nirkx dairəsinin rayon mərkəzini nəzarət altına alıblar. Bu dairə əhəmiyyətlidir, çünki paytaxt Kabili ölkənin cənubundakı Qəndəhar əyaləti ilə birləşdirən mərkəzi şose Nirkx dairəsinin rayon mərkəzindən keçir. Xəbərdə döyüşlərin Nirkxdə məhz nə vaxt olduğu açıqlanmır.

"Taliban" bazar ertəsi elan edib ki, müqəddəs Ramazan bayamının qeyd edilməsi ilə əlaqədar Əfqanıstanda döyüş əməliyyatlarını dayandırır.

“Taliblər”lə Əfqanıstanın hökumət qüvvələri arasında döyüş hərəkətləri ABŞ-ın və NATO-dakı partnyorlarının hərbi qüvvələrini Əfqanıstandan çıxarılması fonunda keçirilir. Bu prosesin 11 sentyabr 2021-ci ilə qədər başa çatacağı planlaşdırılır./report

Xəbər lenti