Xəzər Xəbər

BMT baş katibinin Rusiyaya səfəri başlayır

Dünya | 09:38 • 12 May 2021
BMT baş katibinin Rusiyaya səfəri başlayır

BMT-nin baş katibi Antoniu Quterreşin Rusiyanın paytaxtı Moskvaya səfəri başlayır.

BMT rəhbərinin çərşənbə günü Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla Ukrayna məsələsini və Fələstin-İsrail münaqişəsini müzakirə edəcəyi planlaşdırılır.

Antoniu Quterreşin həmçinin onlayn formatda Rusiya prezidenti Vladimir Putinlə danışıqları gözlənilir.

Səfər Rusiya hökumətinin dəvəti ilə keçirilir və mayın 14-dək davam edəcək.

Quttereş təyyarə ilə Rusiyaya yola düşməsi ərəfəsində bildirib, Lavrovla görüşdə bütün təhlükəsizlik məsələlərini, o cümlədən Liviyada, Suriyada, Yəməndə, Ukraynada, Əfqanıstanda münaqişələr ətrafında yaranmış vəziyyətin müzakirəsini planlaşdırır.

Baş katibin sözlərinə görə, onun hədəfi təşkilatın fəaliyyətinin bütün sferalarında Rusiya Federasiyası ilə BMT arasında çox əhəmiyyətli əməkdaşlığın gücləndirməsinə imkan yaratmasından ibarətdir./report

Xəbər lenti