Xəzər Xəbər

Yaponiyalı alimlər yeni metod hazırladı

Yaponiyalı alimlər koronavirus mutasiyalarını qısa zamanda analiz etmək üçün metod hazırlayıblar
Dünya | 16:48 • 29 Aprel 2021
Yaponiyalı alimlər yeni metod hazırladı

Yaponiyanın Osaka və Hokkaydo universitetlərinin alimləri koronavirus ştammlarının mutasiyalarının sürətli analizi üçün metod işləyib hazırlayıblar.

“RİA Novosti” xəbər verir ki, bunu “Cell Reports” jurnalında dərc olunmuş araşdırmanın materialları sübut edir.

Koronavirusun mutasiyaya uğramış xətlərini qısa zamanda müəyyənləşdirmək vəzifəsi hazırda ənənəvi olanlardan başqa COVID ştammları vasitəsilə sürətlə artan yoluxma hallarının fonunda prioritetlərdən biridir. Belə ki, Yaponiyanın cənub-qərbində bütün yoluxma hallarının 80%-ə qədəri mutasiyaların payına düşür.

Yapon alimlərin hazırladığı metod SARS-CoV-2 virusunun klonlarını yaratmaq üçün PZR metodundan istifadəni nəzərdə tutur ki, bununla sonradan virus mutasiyalarının bioloji xüsusiyyətlərini qısa zamanda analiz etmək mümkün olsun.

Həmçinin qeyd olunur ki, metod koronavirus mutasiyalarının tədqiqatı üçün lazım olan müddəti iki həftəyə endirə biləcək. Hazırda isə ənənəvi metodlarla bu müddət bir neçə aya qədər davam edə bilir./report

Xəbər lenti