Xəzər Xəbər

Rusiyada son sutkada COVID-19-dan 364 nəfər ölüb

Dünya | 16:28 • 29 Aprel 2021
Rusiyada son sutkada COVID-19-dan 364 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 9284 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

XəzərXəbər APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 796 557 nəfərə çatıb.

Son sutka ərzində 364 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 109 731 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Xəbər lenti