Xəzər Xəbər

Kim Çen In gördüklərinə inanmadı: Dərhal edam əmrini verdi

Dünya | 16:14 • 29 Aprel 2021
Kim Çen In gördüklərinə inanmadı: Dərhal edam əmrini verdi

Şimali Koreya lideri Kim Çen In hakim partiyanın yüksək rütbəli rəsmisini edam etdirib.

Kim Çen təməlini atdığı xəstəxanın inşaasının 6 ay ərzində yekunlaşdırılmasını və Avropa istehsalı tibbi avadanlıqla təmin edilməsini əmr edib. Xəstəxanın tikintisinin başa çatmasının gecikməsi ölkə liderini qəzəbləndirib. Tikinti başa çatandan sonra açılışa gedən Kim Çen xəstəxanadakı avadanlıqları görəndə isə özündən çıxıb.

Məlum olub ki, məsul şəxslər sanksiyalara görə Avropadan avadanlıqlar ala bilmədiyi üçün Çin istehsalı tibbi cihazlara müraciət etmək məcburiyyətində qalıb. Bu isə Kim Çen Inı qane etməyib. O, işləri yerinə yetirə bilməyən hakim partiyanın məsul şəxsini edam etdirib. Səhiyyə Nazirliyinin yüksək rütbəli əməkdaşını isə işdən qovub./Metbuat.az

Xəbər lenti