Xəzər Xəbər

İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var

Dünya | 15:58 • 18 Aprel 2021
İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var

İŞİD terrorçuları minaatan İraqın Dakuk (Kərkük şəhəri, İraqın şimalı) rayonu yaxınlıqda ölkə ordusunun müşahidə məntəqəsini atəşə məruz qoyublar.

Bu barədə Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri "Anadolu" agentliyinə bildirib.

O, qeyd edib ki, atəş nəticəsində bir hərbi qulluqçu həlak olub, daha beş nəfər yaralanıb.

Əmir Nurinin sözlərinə görə, hazırda Dakuk rayonu ətrafında terrorçuluğa qarşı əməliyyat keçirilir./report

Xəbər lenti