Xəzər Xəbər

Koçaryan növbədənkənar parlament seçkilərinə gedir

Dünya | 18:32 • 5 Aprel 2021
Koçaryan növbədənkənar parlament seçkilərinə gedir

Ermənistanın sabiq prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcəyini elan edib.

O, bu barədə Rusiyanın Birinci kanalında yayımlanan "Pozner" verilişində deyib.

O bildirib ki, seçkilərdə partiyalar blokunun başçısı kimi iştirak edəcək. Hələlik bloka hansı partiyaların daxil olacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, erməni KİV-ləri həmin partiyalardan birinin "Daşnaksutyun" partiyasının ola biləcəyi deyilir.

Xəbər lenti

Çox oxunanlar