Xəzər Xəbər

ABŞ-da atışma baş verib - 3 ölü, 4 yaralı var

Dünya | 15:08 • 3 Aprel 2021
ABŞ-da atışma baş verib - 3 ölü, 4 yaralı var

ABŞ-da atışma baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

CNN-in yaydığı xəbərə görə, silahlı incident Şimali Karolina ştatının Vilminqton şəhərində baş verib. 

Polis hadisə baş verən ərazidə atışmadan öncə ev yığıncağının keçirildiyini bildirib.

Hadisənin motivi hələ bəlli deyil, polis insidentlə bağlı araşdırma aparır. 

Xəbər lenti