Xəzər Xəbər

İnsanlardan vaksinasiya barədə arayış tələb olunması qadağan edilib

Dünya | 16:04 • 3 Aprel 2021
İnsanlardan vaksinasiya barədə arayış tələb olunması qadağan edilib

Florida ştatının respublikaçı qubernatoru Ron Desantis dövlət müəssisələrinin və özəl kompaniyaların əməkdaşlardan və ziyarətçilərdən vaksinasiya barədə arayış tələb etməsinə qadağa qoyan fərman imzalayıb.

Yerli media yazır ki, sərəncama əməl etməyənlər ştat hakimiyyətindən subsidiya ala bilməyəcək və onlarla hər hansı müqavilə bağlanmayacaq. Bununla yanaşı, dövlət müəssisələri və özəl kompaniyaların insanlarda koronavirus simptomlarını aşkarlayan yoxlamalar aparması, məsələn, temperaturun ölçülməsi qadağan edilmir.

ABŞ KİV-ləri qeyd edirlər ki, Desantisin bu məsələdə mövqeyini digər respublikaçı-qubernatorlar da bölüşürlər. Belə ki, Nebraski və Missuri ştatlarının qubernatorları Pit Riketts və Mark Parson öz ştatlarında sakinləri COVID-19 əleyhinə peyvəndləmə barədə arayış təqdim etmək məcburiyyəti qarşısında qoymaq fikrində olmadıqlarını bildiriblər.

Bu mövzu son vaxtlar ABŞ-da xüsusilə aktuallaşıb. Ona görə ki, əhalinin sürətlə vaksinasiya olunmasına baxmayaraq, bir çox ekspertlər koronavirusun növbəti dalğası barədə xəbərdarlıq edirlər.

Xəbər lenti