Xəzər Xəbər

Alimlərdən qorxulu xəbərdarlıq - Qlobal elektrik kəsintiləri olacaq

Dünya | 17:51 • 2 Aprel 2021
Alimlərdən qorxulu xəbərdarlıq - Qlobal elektrik kəsintiləri olacaq

Alimlər 1582-ci ildə baş verən nəhəng Günəş fırtınasının 439 il sonra yenidən yaşana biləcəyini açıqlayıblar. 

Fırtınanın qlobal elektrik kəsintilərinə və milyardlarla dollar ziyana səbəb ola biləcəyi bildirilib.
 
Tarix kitablarında 1582-ci ildəki Günəş fırtınası barədə, "Göy üzü sanki alovlar içərisində idi. Sanki göy od tutub yanırdı", - deyə qeyd olunub. Həmin fırtına 3 gün davam edərək əvvəlcə Avropaya, daha sonra Asiyaya təsir göstərib. 
 
O dövrdə fırtına texnoloji cihazların olmaması səbəbindən ciddi ziyana səbəb olmayıb./Sfera.az 

Xəbər lenti

Çox oxunanlar