Xəzər Xəbər

Milyonlarla insan silah almaq üçün müraciət etdi

Dünya | 17:44 • 2 Aprel 2021
Milyonlarla insan silah almaq üçün müraciət etdi
ABŞ-da 5 milyona yaxın insan silah almaq üçün müraciət edib.
 
ABŞ-ın Federal Təhqiqat Bürosu məlumat verir ki, mart ayında 4.7 milyon ABŞ vətəndaşı silah alarkən qeydiyyata düşmək üçün müraciət edib.
 
FTB bildirib ki, bu rəqəm fevral ayına nisbətdə 36 % artım və rekord hədd deməkdir.
 
Hesabatın yayımlanması Boulder və Atlanta şəhərlərində silahlı hücumlarda ondan çox insanın öldürülməsindən sonra silah satışını çətinləşdirən qanun layihələrinin ABŞ Nümayəndələr Palatasında təsdiq olunduğu dövrə təsadüf etməsi diqqət çəkib./Sfera.az 

Xəbər lenti

Çox oxunanlar