Xəzər Xəbər

Bu dərmandan istifadə edən 2 min nəfər dünyasını dəyişdi - Milyonlarla insan təhlükə altındadır

Dünya | 18:13 • 29 Mart 2021
Bu dərmandan istifadə edən 2 min nəfər dünyasını dəyişdi - Milyonlarla insan təhlükə altındadır

Fransada dərman şirkəti 2,7 milyon avro cərimə edilib.

Buna səbəb şirkətin istehsal etdiyi dərman olub. Belə ki, "Mediator” adlı arıqlama dərmanının qəbulundan sonra 2 min insan dünyasını dəyişib. Nəticədə şirkət "səhlənkarlıq və qəsdən ölüm” iddiaları ilə məhkəməyə verilib.
 
Məlumata görə, "Servier” adlı şirkət paralel olaraq 7 ayrı cinayətə görə mühakimə olunub. Məhkəmədə 100-dən çox şahid dinlənilib. Fransada sağlamlıq fondları da daxil olmaqla, 6500 nəfər şirkətdən 1 milyard avro təzminat istəyib.
 
Qeyd edək ki, adıçəkilən dərman 2009-cu ildə qadağan edilib. Həmin dərmanın bir sıra fəsadları olduğuna görə, 2010-cu ildə şirkətə qarşı istintaq işi aparılıb.  Buna baxmayaraq, dərmanın 5 milyondan çox istehlakçısı olub./Sfera.az
 

Xəbər lenti