Xəzər Xəbər

Koronavirusla bağlı şok sənəd hazırdır - Sabah dərc ediləcək

ÜST Uhan missiyasının yekun hesabatını sabah dərc edəcək
Dünya | 19:21 • 29 Mart 2021
Koronavirusla bağlı şok sənəd hazırdır - Sabah dərc ediləcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyini müəyyənləşdirməli olan mütəxəssislərin Uhana missiyasının yekunları barədə hesabatı martın 30-da dərc edəcək.

“İnterfaks” xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adanom Qebreisus məlumat verib.

Onun sözlərinə görə, ÜST martın 27-28-də artıq missiyadan SARS-CoV-2 virusunun mənbələri barədə tam hesabat alıb.

Amma müvafiq hesabat ÜST-yə üzv iki ölkənin istəyi ilə embarqo altında hazırlanıb.

Qebreisus qeyd edib ki, martın 30-da bu dövlətlərlə brifinq təşkil ediləcək və bundan sonra müvafiq hesabat ÜST saytında dərc olunacaq.

Hesabat dərc edildikdən sonra mətbuat konfransı da keçiriləcək./report

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024