Xəzər Xəbər

Gürcüstanda koronavirusun mutasiya etmiş növünə 75 nəfər yoluxub

Dünya | 13:57 • 27 Mart 2021
Gürcüstanda koronavirusun mutasiya etmiş növünə 75 nəfər  yoluxub

Gürcüstanda 75 nəfər koronavirusun mutasiya etmiş ştammına yoluxub.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, faktların 16-sı koronavirusun Britaniya növüdür. Gürcüstanda Cənubi Afrika və Braziliya ştammlarına yoluxmalara rast gəlinməyib.

Qeyd edək ki, indiyədək Gürcüstanda 279 min 936 nəfər COVID-19-a yoluxub. Koronavirusdan sağalanların ümumi sayı isə 271 min 804-ə çatıb.

Son 24 saat ərzində 8 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3746 olub.

Xəbər lenti