Xəzər Xəbər

Türkiyə MN: Əsəd rejimi xəstəxanaları bombalayıb

Dünya | 15:02 • 21 Mart 2021
Türkiyə MN: Əsəd rejimi xəstəxanaları bombalayıb

“Əsəd rejimi növbəti dəfə suriyalı dinc sakinlərə mərhəmətsiz hücum edib”.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

“İdlib vilayətinin Atarib yaşayış məntəqəsindəki xəstəxanaya edilən top atışları ilə 1-i uşaq olmaqla 5 mülki şəxs rəjim tərəfindən qətlə yetirilib. Xəstəxananı vuraraq növbəti dəfə insanlıq əleyhinə cinayət törədən rejim 10 dinc sakini də yaralayıb”, - nazirlik bildirib./Report

Xəbər lenti