Xəzər Xəbər

Professordan SENSASİON AÇIQLAMA: Orijinal virusun yerini alacaq

Dünya | 14:30 • 21 Mart 2021
Professordan SENSASİON AÇIQLAMA: Orijinal virusun yerini alacaq

“Bəzi ölkələrdən gələn statistikalarda mutant virusun daha çox uşaqlar arasında yayıldığı, xüsusilə 0-9 yaş qrupundakı yoluxma sayında artım olduğu bildirilib”.

Bu sözləri türk professor Mehmet Ceyhan deyib. Ekspert bildirib ki, mutant virus xüsusilə azyaşlı uşaqlara təsir edir:

“Araşdırmalar göstərir ki, orijinal virus daha çox yaşlı insanlara yoluxurdu, mutant variant isə uşaqlara və gənc insanlara təsir edir. Mutant virus hələ mövcud olmamışdan əvvəl peyvənd şirkətləri istehsal güclərini elan edirdilər, ancaq işə başlayandan sonra məlum oldu ki, yüksək dozalı peyvənd istehsal edə bilmirlər. Mutasiya xəbərləri çıxandan sonra bəzi şirkətlər istehsal güclərini mutant virusa yönəltməyə başladı. Təxminim budur ki, mutant viruslar ötürülmə sürətindəki fərqə görə, bir neçə ay ərzində orijinal virusun yerini alacaq. Mutant virusa qarşı təsirli peyvəndlərin hazırlanması şirkətlər üçün daha sərfəli görünür və ehtiyac daha yüksək olacaq”, - professor qeyd edib./Publika.az

Xəbər lenti